Erməniləri Moskva bazarlarından qovduran kimdir-TƏFƏRRÜAT
İki gündür ki, bütün sosial şəbəkələrdə və xəbər saytlarında ermənilərin Moskva bazarından qovulması videosu gündəmi zəbt edib. Bəs bu biabırçı qovulmanın arxasında kim durur? AzTimes.az bu mövzuda araşdırma aparıb və bu məlumatları əldə edib. Moskvadakı bazarlardan erməniləri qovduran, əslən Tovuzdan olan RF-nin prezidenti V.Putinin dostu professor İlham Rəhimovdur. Bildirilir ki, İlham Rəhimov Rusiyada asfalt biznesini də ermənilərin əlindən almaqla onlara zərbə vurub. Rusiyada bütün biznes mərkəzlərinin, Fud Siti də daxil olmaqla əksər ticarət mərkəzlərinin kuratorudur, onu əli ilə həmin biznes mərkəzləri fəaliyyət göstərir.
Pərvin ABIŞOVA /AzTimes.az/