Zelenski Rusiyaya ŞƏRT QOYDU: “Qoşunlarını Ukraynadan çıxarsa…

Baxılıb:41
Zelenski Rusiyaya ŞƏRT QOYDU: “Qoşunlarını Ukraynadan çıxarsa…

Qərbin Rusiyaya qarşı sanksiyaları yalnız Moskvanın iki şərti yerinə yetirdiyi halda yumşaldıla bilər. Bunlardan biri də Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqındakı çıxışı zamanı bildirib.

Ukrayna dövlətinin başçısı Avropa liderlərini Rusiyaya təzyiqləri azaltmamağa çağırıb.

“Rusiya öz qoşunlarını torpaqlarımızdan çıxarmağa və təcavüz nəticəsində dəyən zərəri kompensasiya etməyə başlayana qədər sanksiyalar qüvvədə qalmalıdır. Mən sizi sanksiyaları pozan sxemlərə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirmək cəhdlərinə qarşı mübarizəni davam etdirməyə çağırıram”, – deyə Zelenski əlavə edib.

Prezident qeyd edib ki, müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdirilməsi Rusiyaya təzyiqlərin azaldıla biləcəyi anlamına gəlmir.


Abunəlik