Bu gün ikinci Qədr gecəsidir

Baxılıb:43
Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

Üçüncü Qədr gecəsi martın 22-də, sonuncusu isə 26-da olacaq.

Xatırladaq ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (21, 23, 25, 27 və ya 29) qeyd edirlər.

Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.


Abunəlik