ABŞ və İsrailin gözü bu torpaqlardadır: Türkiyə sensasion planı açıqladı

Baxılıb:25
ABŞ və İsrailin gözü bu torpaqlardadır: Türkiyə sensasion planı açıqladı

Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin nəzarətində olan ərazilər ABŞ və İsrailin diqqətini cəlb edir.

İsrail “David dəhlizi planı”nı genişləndirmək niyyətindədir.

Plan çərçivəsində İsrail yeni həyat olaraq gördüyü Fəratın şərqində neft və təbii qaz ehtiyatları ilə yanaşı, zəngin kənd təsərrüfatı torpaqları, xüsusilə buğda və pambıqçılıqla da maraqlanmağa başlayıb.

Bildirilir ki, regionda yeni paradiqma xüsusilə su siyasəti, eləcə də enerji resursları ətrafında formalaşacaq.

Kəşfiyyat və Beynəlxalq Əlaqələr Mütəxəssisi Sait Yılmaz Fəratın şərqindəki yeraltı və yerüstü sərvətlərin İsrailin yeni yaşayış sahəsi olaraq təyin edildiyini bildirib: “Fəratın şərqi kənd təsərrüfatı istehsalının ürəyidir. Bu bölgə xüsusilə buğda, arpa və pambıq istehsalında ölkənin ən əhəmiyyətli mərkəzidir. Suriyanın buğda istehsalının təxminən 80 faizi bu bölgədən qarşılanır”.

Türkiyənin Su Siyasətləri Dərnəyinin sədri Dursun Yıldız da İsrailin gözünü Fərat sularına dikdiyini vurğulayıb: “Genişlənməyə meylli olan İsrail Fəratın şərqinə nəzarət etmək istəyir. Fərat sularının bölgənin sülh və sabitliyinə xidmət edib-etməyəcəyi Suriyanın sabitliyinə, vahid bütövlüyünə və sahilyanı ölkələr arasındakı əlaqələrə bağlıdır”.


Abunəlik