Kim Çen Inın bunkeri belə məhv ediləcək
ABŞ və Cənubi Koreya orduları birgə təlimlər keçirirlər, hansı ki, orada pilotsuz maşınlar və döyüş robot itlərinin köməyi ilə Şimali Koreya qoşunlarının tunel və bunkerlərini məhv etməlidirlər.
Bu barədə “Korea JoongAng Daily” məlumat yayıb.
Təlimlərdə hər iki tərəfdən təxminən 400 hərbçi iştirak edir. Manevrlər bir gün əvvəl, martın 17-də başlayıb və martın 20-dək davam edəcək. Tunel əleyhinə döyüş təlimi HƏMAS yaraqlılarının İsrail ordusu ilə tunel şəbəkəsi vasitəsilə qarşılaşması fonunda keçirilir.
Cənubi Koreya ordusu əmindir ki, KXDR ərazisi minlərlə tunel şəbəkəsi ilə doludur. Seul onların Şimali Koreya lideri Kim Çen Inın və digər yüksək vəzifəli şəxslərin təxliyəsi üçün lazım olacağını düşünür.
Məlumata görə, Şimali Koreya kütləvi qırğın silahlarını yeraltı anbarlarda yerləşdirib. 2019-cu ildə Cənubi Koreyanın qonşu ölkə ilə qarşıdurma zamanı xüsusi olaraq yeraltı qoşunlar yaratdığı bildirilir.
Qeyd olunur ki, təlim zamanı iştirakçılar pilotsuz uçan aparatlardan istifadə etməklə vəziyyəti öyrəniblər, sonra isə yerüstü əməliyyat zamanı tunellərə giriş-çıxışları bağlayıblar. Daha sonra su, işıq və havalandırma sistemləri kəsilib. Və sonra yeraltı ərazi təmizlənib.