Bayram günlərində hansı banklar işləyəcək?

Baxılıb:29
Bayram günlərində hansı banklar işləyəcək?

Qeyri-iş günlərində (20 – 31 mart 2025–ci il) bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bayram günlərində Azərbaycanda səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 30 poçt filialı və şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar

“Azərpoçt MMC

Valyuta mübadilə məntəqələri


Abunəlik