İDDİA:Obyekt sahibi hansı polis bölməsinə pul ödəyir?-VİDEO

Baxılıb:597
İDDİA:Obyekt sahibi hansı polis bölməsinə pul ödəyir?-VİDEO

AzTimes.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi , 24 A ünvanında yerləşən  “Coco Lazer” estetik mərkəzi karantin qaydalarını kobud şəkildə pozularaq qanunsuz fəaliyyət göstərir. Respublikaxeberleri.com saytının əməkdaşları adı çəkilən estetik mərkəzdə olmuş və qanunsuz şəkildə maskasız vətəndaşların qəbul edildiyinin, karantin qaydalarının pozmasının şahidi olmuşlar. Saytın baş redaktoru jurnalist Avaz Hafizli  iddia edir ki, onunla telefon   əlaqəsi saxlayaraq özünü  obyektin sahibi kimi təqdim edən Gülnarə adlı xanım bildirib ki, icazəmiz olmasa işləmərik. “Bəs bizim 24 cü Polis Bölməsinə verdiklərimizi kim qaytaracaq? Başınız bədəninizə ağırlıq eləməsin.” deyərək hədə-qorxu gəlib. Məsələ ilə əlaqədər Nizami rayonu 24 ci Polis Bölməsinə rəsmi ərizə ilə müraciət olunub.
İnanırıq ki, polisin adından istifadə edərək  həm polisə ləkə gətirən, həm də karantin qaydalarına məhəl qoymayan şəxslər qanunla cəzalandırılaraq  ictimaiətə təqdim olunacaq.


Abunəlik