Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada daha iki medal qazanıblar

Baxılıb:30
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada daha iki medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha iki medal qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.

Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı üçə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.


Abunəlik