Nazir: “Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur”

Baxılıb:34
Nazir: “Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur”

“Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur”.

Bunu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi” adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, bu məsələ dəfələrlə qaldırılıb və kim bu əməli törədirsə, əvəzini ödəyəcək.

T.Musayev xatırladıb ki, 2024-cü ilin yanvar ayından Azərbaycanda elektron resept tətbiqi istifadəyə verilib:

“Elektron resept üzərindən yazılan dərmanlar Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, Tarif Şurası tərəfindən qiymətləndirilməsi aparılıb.

Həkimlərimiz elektron reseptdən istifadə etsələr, əhali də elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qaldırılar”.


Abunəlik