Qızıl kəskin BAHALAŞDI
Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Qiymətli metal Bakı vaxtı ilə saat 00:59-da ilk dəfə olaraq bir troy unsiyası üçün 3001,5 dollara çatıb. Agentlik qeyd edib ki, artım 1,86% təşkil edib.
Fevralın 20-də “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiymətinin 1 troy unsiyası üçün 2970 dollardan yuxarı qalxdığı və tarixi maksimumunu yenilədiyi bildirildi.