Bu rayon DYP-sinə yeni rəis təyin edildi
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elnur Quliyev həmin bölməyə rəis təyin olunub.
Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.