“Səssiz ölüm” can almağa davam edir – SƏBƏBLƏR

Baxılıb:40
“Səssiz ölüm” can almağa davam edir – SƏBƏBLƏR

“Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Buna görə də bəzən dəm qazına “səssiz ölüm” deyirlər”.

Ekspert deyir ki, öncədən bir sıra təhlükəsizlik qaydaları və tədbirlər görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür.

“Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Əgər yanma prosesi zamanı tüstü normal dövr edə bilmirsə, burada dəm qazının yaranma riski yüksəkdir. Evlərə qaz detektoru quraşdırmaqla dəm qazı təhlükəsindən vaxtında xəbərdar olmaq mümkündür. Yeni tikilmiş binalarda qaz detektorları mövcud deyilsə, binanın istismarına icazə verilmir. Lakin köhnə tikililərdə qaz detektorlarının quraşdırılması könüllülük prinsipi əsasında həyata keçirilir. Ona görə də bir sıra mənzillərdə qaz detektorları mövcud deyil. Vətəndaşlar müxtəlif satış məntəqələrindən əldə edərək mənzillərinə qaz detektorları quraşdıra bilərlər”, – deyə O.Musayev qeyd edib.


Abunəlik