DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ – Rusiya və İran donanması…

Baxılıb:38
DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ – Rusiya və İran donanması…

İranda Rusiya, İran və Çin gəmilərinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2025” adlı hərbi dəniz təlimləri başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dəniz təhlükəsizlik kəməri – 2025” beynəlxalq hərbi dəniz təliminin açılış mərasimi olub”, – deyə nazirliyin məlumatında deyilir.

Açılış mərasimi İran İslam Respublikasının Çabahar limanında baş tutub.

Tədbirdə Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun gəmi qrupları iştirak edir.

Rusiya nümayəndə heyətini “Rezkiy” və “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov” korvetləri, eləcə də Sakit Okean Donanmasının orta dəniz tankeri “Peçenqa” təmsil edir.


Abunəlik