Sülhün ilk addımları üçün plan hazırlayırıq – Zelenski

Baxılıb:39
Sülhün ilk addımları üçün plan hazırlayırıq – Zelenski

Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da yazıb.

“Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq”, – deyə Prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var. Bu, Ukrayna və ABŞ-ın gələcək danışıqlar masasında olmalıdır.


Abunəlik