“Azərbaycan Uşaqları” İctimai Birliyinə ziyarət təşkil olunub
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi polis polkovniki İbrahim İsmayılovun iştirakı, eləcədə Binəqədi Rayon 4-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinə ziyarət təşkil olunub. Ziyarətin əsas məqsədi təşkilatın nəzdində fəaliyyət göstərən uşaq sığınacağının fəaliyyəti ilə tanış olmaq və ekstremal vəziyyətdə sığınacağın müraciətlərinə 4-cü Polis Bölməsinin əməkdaşlarının yerindəcə reaksiya verməsi ilə bağlı kiçik bir manitorinq araşdırmanın aparılmasıdır.
Göstərilən diqqət və qayğıya görə başda cənab nazir general-polkovnik Vilayət Eyvazov o cümlədən, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi və İctimai Təhlükəsizlik İdarəsinin rəisi və əməkdaşlarına,şöbə rəisi polis polkovniki İbrahim İsmayılova və Kəmalə Ələkbərovaya dərin təşəkkürümüzü bildiririk.







