Zelenski sülh naminə ərazi güzəştlərindən İMTİNA ETDİ

Baxılıb:49
Zelenski sülh naminə ərazi güzəştlərindən İMTİNA ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən sammitdən sonra sülh naminə ərazi güzəştindən imtina edib.

Siyasətçinin sözlərindən “Reuters” sitat gətirib .

Onun sözlərinə görə, respublika müharibəni dayandırmaq üçün öz torpaqlarından imtina etməyə hazır deyil.

Siyasətçi qeyd edib ki, Kiyevin şərti olmadan münaqişəyə son qoyulması müvəqqəti olacaq, çünki insanlar ədaləti bərpa etmək istəyəcəklər.

“Ukraynanı dəstəkləyən ölkələr bu vəziyyəti başa düşürlər. Biz bizə aid olmayan heç nə istəmirik”, – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqı liderlərinin Londonda keçirilən sammitindən sonra Ukrayna Prezidenti ABŞ-la nadir torpaq elementlərinin çıxarılmasına dair müqavilə imzalamağa hazır olduğunu bəyan edib.


Abunəlik