Aztv-nin efirində kobud səhv – Prezidentin ad soyadı səhv yazılıb – Təxribat yoxsa səriştəsizlik – Rejissor od püskürdü 

Baxılıb:470
Aztv-nin efirində kobud səhv – Prezidentin ad soyadı səhv yazılıb – Təxribat yoxsa səriştəsizlik – Rejissor od püskürdü 

Tanınmış rejissor Əlimursəl Hacızadə  özünün “Facebook ”  səhifəsində Aztv- lə  bağlı maraqlı paylaşım edib. Aztimes.az həmin paylaşımı olduğu kimi təqdim edir :Neçə vaxtdı düşünürəm yazım ya yox? Bəlkə də bəziləri məni qınayacaq , amma məni başa düşənlər də olar yəqin.Mən ömrümün 42 ilini AzTv də keçirmişəm. Peşəmə görə bütün Vəzifə mərhələlərini demək olar ki,keçmişəm .Ali dərəcəli rejissoram.Kinomatoqrafçılar ittifaqının üzvüyəm.Vətənimə, dövlətimə , dövlətçiliyə sadiqəm.Yeri gəlsə də, gəlməsə də, deyəcəm, hələ 1987 ci ildə nə olacağını, necə olacağını düşünmədən, (Qorbaçov dövrü idi) sonralar, Ümummilli liderimiz olacaq , iki dəfə Sosialist Əməyi Qəhrəmanı HEYDƏR ƏLİYEVİN portretini efirə verən , təqiblərə məruz qalan, ancaq əqidəsindən dönməyən , heç bir təmənna güdməyən, bəlkə də yeganə adamam …..Nə isə….Keçək mətləbə. AzTv nin pisi də mənəm, yaxşısı da. Bu yaxınlarda AzTv nin xəbərlər proqramında, CƏNAB PREZİDENTİN ,ALİ BAŞ KOMANDANIN ad və soyadında hərif səhvini görəndə , öz – özümə. düşündüm ,bu necə ola bilər? Axı ,bu mühafizə olunan bir reportajdı.Televiziyaçılar bilir. Öyrəndim, məlum oldu ki, bu reportaj iki dəfə efirə normal gedib, Ana xəbərdə ……..bu nədi? TƏXRİBAT?, İDARƏÇİLİKDƏ SƏRİŞDƏSİZLİK? yoxsa SƏHLƏNKARLIQ…bəlkə SAYMAMAZLIQ? Bəlkə idarə rəhbərinin başı BAŞQA işlərə qarışdığından vaxt tapa bilmir? Bu xəmir çox su apara bilər məsələsini rəhbər tutaraq çox dərinə getməyək.Amma bildiyimi deyim ki, rəhbərlik, bu BÖYÜK, HƏDDƏN ARTIQ BÖYÜK səhvə görə iki həddən artıq kiçik işçini işdən azad edib…HALAL OLSUN…Yeri gəlmişkən , bir müddət bundan əqdəm , AzTv nin ekranı 20 dəqiqəyə yaxın qaranlığa qərq olmuşdu. Məlum oldu ki, işıqlar qəfil sönüb. Ehtiyat generatorların yanacağı olmadığından işə düşməyib. Yadıma 1990 ilin 20 yanvarında Televiziyanın enerji blokunun partladılması düşdü. Nə isə ..Sizi yordum yəqin.? Amma ,deyirəm, hərə öz yerini bilsə yaxşıdı.…

Aztimes.az


Abunəlik