İlon Maska etiraz: “Tesla” mağazasına hücum etdilər

Baxılıb:57
İlon Maska etiraz: “Tesla” mağazasına hücum etdilər

Ekoloji fəallar “Tesla” mağazasına hücum ediblər.

“Yeni Nəsil” hərəkatının fəalları amerikalı sahibkar İlon Maska etiraz əlaməti olaraq ona məxsus “Tesla” şirkətinin Berlin mağazasının pəncərəsinə mavi boya atıblar.

Bu barədə “Tagesspiegel” nəşrinin məlumatına görə, hadisə Mitte rayonundakı “Mall of Berlin” ticarət mərkəzində baş verib.

Keçirilən əməliyyat tədbirləri zamanı vandalizm aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Qeyd edilir ki, fəalların hazırladığı afişalarda hərəkatın “sağlara və varlılara” qarşı olduğu bildirilir. Bu da “Tesla”nın rəhbərinə işarədir.

Xatırladaq ki, Mask 419,4 milyard dollarlıq sərvətlə super milyarderlər siyahısına başçılıq edir.


Abunəlik