Zirehli texnikaya Hökumə Əliyevanın adı verildi

Baxılıb:50
Zirehli texnikaya Hökumə Əliyevanın adı verildi

Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib.

Bu barədə Qazaxıstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov “Instagram” hesabında məlumat verib.

“Ruhun şad olsun, türk millətinin qəhrəman qızı! Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq”, – o, paylaşımını bu sözlərlə şərh edib.

A.Barısov bildirib ki, Hökumə öz həyatının sona çatacağını bildiyi halda həyəcan keçirmədən, son anadək insanların həyatını xilas etmək üçün mübarizə aparan bir qəhrəmandır. Hərbi ambulansın da məqsədi məhz insanların həyatını xilas etməkdir.


Abunəlik