Türkiyə təyyarəsi havada tüstüləndi, bu şəhərə təcili eniş etdi

Baxılıb:44
Türkiyə təyyarəsi havada tüstüləndi, bu şəhərə təcili eniş etdi

“Pegasus Hava Yolları”nın təyyarəsi İngiltərənin Mançester şəhər aeroportuna təcili eniş edib.

İstanbuldan gələn təyyarənin enişdən bir qədər əvvəl həyəcan siqnalı göndərdiyi müəyyən edilib. Şahidlər təyyarənin tüstüləndiyini bildiriblər.

Təyyarənin hidrolik sistemində nasazlıq olduğu bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb. İngiltərənin aviasiya mütəxəssisləri təhqiqata başlayıblar.


Abunəlik