Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, komissiyanın bu il üçün ikinci iclası sabah – fevralın 27-də baş tutacaq.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il ilk iclası fevralın 12-də keçirilmişdi.