Fransanın dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb
Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb.
Səfər 24-26 fevral tarixlərini əhatə edəcək.
Səfər çərçivəsində mətbuat nümayəndələrinin Bakı Təşəbbüs Qrupu ofisində görüşü baş tutacaq, onlara BTQ-nin fəaliyyəti haqqında təqdimat veriləcək.
Həmçinin, Milli QHT Forumu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində də görüşün keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, mətbuat nümayəndələrinin səfəri fevralın 27-də başa çatacaq.