Dünya YENİ BƏLA İLƏ ÜZ-ÜZƏ – İnsanlara yoluxa bilən koronavirus aşkarlandı
Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirlib ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.
Nəşr vurğulayıb ki, Çin Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.
Viroloqlar qeyd ediblər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.
Alimlər hələlik virusun panikaya səbəb olmadığını deyirlər. HKU5-CoV-2-nin insanlarda ortaya çıxma riskini şişirtmək olmaz, lakin daha ətraflı araşdırmaya ehtiyac var.