Süni intellektlə bağlı təhlükəli vəziyyət: Terror aktı törədilə bilər

Baxılıb:32
Süni intellektlə bağlı təhlükəli vəziyyət: Terror aktı törədilə bilər

“Google”un keçmiş baş icraçı direktoru Erik Şmidt süni intellektin (AI) insanlara zərər vermək və təhlükə yaratmaq üçün istifadə edilə biləcəyini iddia edib.

Şmidt süni intellekti inkişaf etdirən özəl texnologiya şirkətlərinin hökumətlər tərəfindən tənzimlənməli olduğunu bildirib.

Onun sözlərinə görə, süni intellekt terrorçular və ya bəzi ölkələr tərəfindən bioloji silahların hazırlanması üçün sui-istifadə edilə bilər: “Əgər süni intellekt yanlış əllərə keçərsə, kütləvi zərər verə biləcək bioloji silahlar hazırlana bilər”.

Şmidt qeyd edib ki, ABŞ-ın süni intellekt tədqiqatlarını məhdudlaşdırmaq üçün həqiqi tənzimləmə mexanizmi olmalıdır: “Texnologiya dünyasındakı bir çox insanlar kimi, mən də bu vəziyyəti tam olaraq qabaqcadan görmürdüm. Amma hazırda biz daha diqqətli olmalıyıq, xüsusən də uşaqları qorumaqla bağlı”.


Abunəlik