ABŞ NATO-dan çıxacaq?
ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığı qəbul etməyəcək.
Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.
O, ABŞ-nin NATO-ya və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiq qalacağını qeyd edib.
“Bizim münasibətlərimizdə prioritet Avropanı gücləndirmək olmalıdır ki, onlar öz təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürsün”, – hərbi departamentinin rəhbəri vurğulayıb.
O, həmçinin Avropanı müdafiə sahəsinə daha çox xərcləməyə çağırıb.
“Ümumi daxili məhsulun 2%-i kifayət deyil. Prezident Tramp 5% təklif edib və mən bununla razıyam”, – Heqset bildirib.