Moskvaya zərbə: Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçiliyini rədd etdi

Baxılıb:36
Moskvaya zərbə: Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçiliyini rədd etdi

Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi olması ideyasını rədd edib.

Bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.

“Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, deyə spiker bildirib.

Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır.

Bundan əvvəl məlum olub ki, Ermənistan parlamenti Avropa İttifaqına üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə baxacaq. Bu, növbəti həftə ərzində baş verəcək.


Abunəlik