“Dost ölkə”adlandırdığımız İsrail son gün baş verənlərə nə reaksiya verdi-SON DƏQİQƏ

Baxılıb:893
“Dost ölkə”adlandırdığımız İsrail  son gün baş verənlərə nə reaksiya verdi-SON DƏQİQƏ

ABŞ-da yerləşən yəhudi humanitar təşkilatının Tovuz istiqamətində törədilən təxribatla bağlı

BƏYANATI

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.

“Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatının bəyanatında belə deyilir.

Bildirilir ki, buna adekvat cavab olaraq Azərbaycan Silahlı qüvvələri Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu həlak olub, beşi isə yaralanıb.

Baş idarəsi ABŞ-ın Nyu-York şəhərində yerləşən, “Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatı, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməlini kəskin şəkildə qınayır, və Ermənistan tərəfindən törədilən hazırkı hadisəni, təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat hadisəsi kimi dəyərləndirir. Bununla belə, hesab edirik ki, hazırkı gərginləşməyə görə məsuliyyət tam olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür.

AzTimes.az


Abunəlik