ABŞ-dan yenicə qayıdan Paşinyan Moskvaya DƏVƏT OLUNDU

Baxılıb:55
ABŞ-dan yenicə qayıdan Paşinyan Moskvaya DƏVƏT OLUNDU

Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya rəsmi dəvət olunub.

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün rəsmi dəvət göndərilib”, – səfir qeyd edib.

Kopırkin əlavə edib ki, Rusiya və Ermənistanı hələ də iki ölkə xalqlarının şücaətinin xatirəsinə hörmət birləşdirir.

Qeyd edək ki, Nikol Paşinyan fevralın 1-də həyat yoldaşı Anna Akopyanla birlikdə ABŞ-yə səfər edib.

Ermənistan lideri Vaşinqtonda keçirilən 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edib.


Abunəlik