10-a yaxın plastik cərrahın lisenziyası LƏĞV OLUNDU – Yenilənib

Baxılıb:59
10-a yaxın plastik cərrahın lisenziyası LƏĞV OLUNDU – Yenilənib

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.

Siyahıda bir sıra tanınmış şəxslər var.

Belə ki, lisenziyası ləğv edilənlər arasında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.

Qeyd edək ki, bu gün estetik cərrah Sevinc Heydərovanın da lisenziyasının ləğv olunmasına dair məlumat yayılıb.

XXX

Azərbaycanda 10-ya yaxın plastik cərrahın lisenziyası ləğv edilib.

Bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.

Sertifikasiya şəhadətnaməsi ləğv olunanlar arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.


Abunəlik