SON DƏQİQƏ:Tovuz istiqamətində atəşkəs pozuldu,itki var

Baxılıb:834
SON DƏQİQƏ:Tovuz istiqamətində atəşkəs pozuldu,itki var

AzTimes.az Mudafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.


Abunəlik