Surət Hüseynov niyə getdi və niyə qayıtdı-GİZLİN SƏBƏBLƏR

Baxılıb:576
Surət Hüseynov niyə getdi və niyə qayıtdı-GİZLİN SƏBƏBLƏR

“1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı cinayət işi üzrə əvvəldən axıra kimi vəkil kimi iştirak etmişəm və kifayət qədər, bəlkə də iştirakçılar qədər məlumatlıyam. İyunda Gəncədə baş verənlərin bir adı var – QİYAM.”
 
Axar.az xəbər verir ki, bu sözləru tanınmış vəkil Adil İsmayılov qeyd edib. O, bu hadisələrin son günlər Sürət Hüseynovun müsahibələri ilə yenidən gündəmi zəbt etdiyini xatırladıb:
“Mənə bu barədə müsahubə vermək təklif ediləndə imtina etdim, səbəbi də çox sadədir. S.Hüseynovun barəsində nəsə danışmağa dəymədiyi üçün ehtiyac duymuram”.
Buna baxmayaraq, vəkil iki məsələyə münasibət bildirmək üçün bunları qeyd etdiyini vurğulayıb:
“Birinci, o dövrün yüksək çinli məmurlarına aiddi. Hamınız yaxşı tanıdığınız üçün adlarını çəkmək istəmirəm. Hörmətli bəylər, birdəfəlik etiraf edin ki, bu hadisələrə görə məsuliyyət sizin üzərinizdədir, səbəb də səriştəsizliyiniz olub. Rəhmətlik Prezident Əbülfəz Elçibəyin arxasında gizlənməyin, onu rahat buraxın. Sizi inandırıram, etiraf edəndən sonra həm siz rahat olacaqsınız, həm də ictimaiyyət sakitləşib yaxanızdan əl çəkəcək.
İkinci, Sürət Hüseynova aiddir. Onun son vaxtlar gündəmə gəlməkdə bir məqsədi var, adam status-kvonu bərpa etmək, yəni siyasətə gəldiyi dövrə qayıtmaq, özünün hesab etdiyi Yevlax Yun Zavodunu qaytarmaq istəyir. Adamdan qəhrəman düzəltməyə ehtiyac yoxdur. Jurnalist dostlardan xahiş edirəm ki, onunla söhbətlərinə bu rakursdan yanaşsınlar. Hazırda hamımızı daha vacib məsələlər maraqlandırmalıdır, enerji və bacarığınızı bu məsələlərə yönəltsəniz yaxşı olardı”.


Abunəlik