“TikTok”da dini ziyarətgaha aparmaq adı ilə DƏLƏDUZLUQ ETDİ
TikTok”da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.AzTimes.az xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib.