Vətəndaşların Diqqətinə: Kirayə ev axtararkən bunlara fikir verin

Baxılıb:36
Vətəndaşların Diqqətinə: Kirayə ev axtararkən bunlara fikir verin

Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyərək həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarını qoruyur. Lakin bəzən bu münasibətlərdə mübahisələr yarana bilər.

Ev sahibinin kirayəçini evdən çıxarmaq istəməsi müəyyən hallarda baş verə bilər və bu, qanunla tənzimlənir. Kirayə müqaviləsinin pozulması, ödənişlərin edilməməsi və digər səbəblər ev sahibinə hüquqi yolla kirayəçini çıxarmağa imkan verir. 

Rieltor Mülkədar Rüstəmov deyir ki, müqavilə bağlanmasına tələbat azdır. Amma hər iki tərəf ehtiyatı əldən verməməlidir. Kirayə verilən mənzildə axtarışda olan şəxs qala bilər, cinayət baş verə bilər, hər şey ola bilər. Tərəflər arasında bağlanan müqavilə onları sığortalayır. Bu müqavilə notariat qaydada rəsmiləşdirilir və dövlət rüsumu isə 35 manat təşkil edir. 

Hüquqşünas Ramil Süleymanov deyib ki, vətəndaşın kirayə müqaviləsi imzalamadan evini kirayə verməsi onun gələcəkdə vergi sanksiyasına məruz qalması da deməkdir. Bundan əlavə olaraq mənzili ilə bağlı gələcəkdə problemləri ola bilər. 

Qeyd edək ki, əgər mənzilin çıxarışı yoxdursa, kirayəçi ilə müqavilə bağlamaq mümkün deyil.


Abunəlik