Bu türk dövlətinin naziri İrəvana gəlir: Nələrə imza atılacaq?

Baxılıb:34
Bu türk dövlətinin naziri İrəvana gəlir: Nələrə imza atılacaq?

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev yanvarın 23-də Ermənistana səfər edəcək.

Bu barədə Kulubayev sosial şəbəkədə özü məlumat verib.

“ER XİN rəhbəri Ararat Mirzoyanla görüş Xarici İşlər Nazirliyində baş tutacaq, bundan sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər”, – o, “Facebook” səhifəsində yazıb.

Ermənistan və Qırğızıstan xarici işlər nazirlərinin təkbətək söhbəti geniş tərkibdə görüşlə davam edəcək, daha sonra sənədlərin imzalanması baş tutacaq.


Abunəlik