Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?

Baxılıb:47
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?

Hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçiddə vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb . Qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.
Hadisə 08.01.2025-ci il tarixində baş verməsinə baxmayaraq ictimaiyyətdən gizlədilib. Qəza zamanı vəfat edən şəxsin yaxınları Tərəf.az-a zəng edərək qorxa-qorxa məlumat veriblər ki, Nail Abdullayev məsələnin ictimailəşməməsi üçün onlara külli miqdarda pul təklif edib.) Bəzi mənbələrdə bu məbləğin 250 min manat olduğu iddia olunur. ) Onlar sayt rəhbərliyindən məsələni ictimailəsdirməyə dəstək olmalarını xahiş ediblər
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. Prokurorluq hələ ki, hadisəyə hüquqi qiymət verməyib.


Abunəlik