Üç din xadimi məktəbli oğlanı zorladı

Baxılıb:432
Üç din xadimi  məktəbli oğlanı zorladı

ABŞ-ın Nyu-York ştatının Sirakyus şəhərində üç katolik keşiş məktəbli oğlanı zorlamaqda ittiham olunur.
Rochester.com xəbər verir ki, hadisə 1969-cu ildə, uşağın 10 yaşı olarkən baş verib, istintaq isə hələ də davam edir.
Cinayət işinin materiallarına əsasən, keşişlərin məktəbliyə qarşı qanunsuz hərəkətləri sonuncunun 18 yaşı tamam olana və o, dini tədris müəssisəsini tərk edənə qədər davam edib.
İttiham edilənlər keçmiş keşişlər Robert Kloster (məktəbin rektoru olub), Devid Piçett (müəllim) və Tomas Zedardır (məktəbin icraçı direktoru).
Bildirilir ki, zorlanmanın qurbanının hazırda 61 yaşı var və o, uzunmüddətli depressiyadan, bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir. Mütəxəssislərin fikrincə, kişinin səhhətindəki bu pozğunluqlar onun uşaqlıqda yaşadıqları ilə əlaqədardır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir