İrandan Azərbaycan və Ermənistanla bağlı açıqlama: Kənar müdaxilələrdən…

Baxılıb:48
İrandan Azərbaycan və Ermənistanla bağlı açıqlama: Kənar müdaxilələrdən…

İran üçün Cənubi Qafqazın təhlükəsizliyi vacibdir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianın Ermənistan və Azərbaycana səfərlərinə toxunarkən bildirib.

“Cənab Əhmədianın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılıb və həyata keçirilib. Azərbaycan və Ermənistanla əlaqələrimiz önəmlidir. Cənubi Qafqazın təhlükəsizliyi bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik”, – deyə Bəqayi bildirib.

O qeyd edib ki, təhlükəsizliyi “kənar müdaxilələrdən uzaq olan region ölkələri” təmin etməlidir.


Abunəlik