İcra başçısının sabiq müavini namizəd olmaq üçün “Əliyeva” soyadından imtina etdi

Baxılıb:45
İcra başçısının sabiq müavini namizəd olmaq üçün “Əliyeva” soyadından imtina etdi

Rəsilə Əliyeva soyadından imtina edərək “Arifqızı” olub

Lənkəran rayon icra hakimiyyəti başçısının 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyevanın (Arifqızı) bələdiyyə seçkilərində namizəd olub. 

Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının rəsmi “Feysbuk” səhifəsində bildirilir ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində onun namizədliyi YAP rayon şöbəsi tərəfindən irəli sürülüb

Məlumata görə, Rəsilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə “Əliyeva” soyadından imtina edib, rəsmən Arifqızı soyadına keçib. 

Bildirilir ki, onun Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlıdır.

İnternet resurslarında Rəsilə Əliyeva adlı şəxsi axtarışa verdikdə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı çoxsaylı xəbərlər çıxır.

Ona internet resurslarında imici ilə bağlı neqativ xəbərlərin çox olması irad tutulduğu üçün soyadını dəyişmək məcburiyyətində qalıb. 

Rəsilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.

O, bir müddət Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini olub. 

2023-cü ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib. 

Bu hadisəyə görə, hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.


Abunəlik