“Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq”

Baxılıb:43
“Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq”

“Meyitlər bərbad vəziyyətdədir, əsasən yanıb, hamısı yığılıb, indi morqda identifikasiya olacaq. Xəstəxanalara yerləşdirilən 29 nəfər, o cümlədən iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 11-nin vəziyyəti ağır, qalanları isə orta-ağırdır”

Bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayeb deyib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Abunəlik