Pilotların daha bir qəhrəmanlığı üzə çıxdı: Təyyarəni niyə suya endirməyiblər?
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer” təyyarəsinin ekipajı təyyarəni suya endirməmək üçün xüsusi olaraq sahil xəttinə çatmağa çalışıb.
Bu barədə aviasiya eksperti, “Fighterbomber” kanalının müəllifi deyib:
“Ola bilsin ki, ekipaj liftlər tıxanmış halda mühərrikin gücünü dəyişdirərək hündürlüyü qoruyub”.
Onun sözlərinə görə, “bu cür uçuş parametrləri ilə suya təcili eniş zamanı sağ qalan olmazdı”.
“Su heç də yumşaq deyil. Su səthi ilə toqquşmadan sağ çıxanlar, sadəcə boğulacaqdılar”, – deyə o yekunlaşdırıb.