Təyyarə qəzası ilə bağlı şok iddia: Salonda qaz balonu partlayıb
Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində qaz balonu partlayıb.
Bu barədə Mangistau vilayətinin səhiyyə idarəsi bildirib.
“Dekabrın 25-də… 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən (Fəlakət Təbabəti Mərkəzi) 6 briqada göndərilib”, – məlumatda deyilir.
Aktauda qəzaya uğrayan təyyarədə 28 nəfər sağ qalıb.