Xərçəngə qarşı nanovaksin hazırlandı – Özü-özünə “BALTA ÇALACAQ”

Baxılıb:34
Xərçəngə qarşı nanovaksin hazırlandı – Özü-özünə “BALTA ÇALACAQ”

Çin Elmlər Akademiyasının Milli Nanotexnologiyalar Mərkəzinin bir qrup alimi şiş membranının antigenləri əsasında nanovaksin hazırlayıb.

Tədqiqatın nəticələri “Cell Reports Medicine” (CRM) elmi jurnalında dərc olunub.

Mütəxəssislər dərmanı doksorubisin antibiotiki ilə müalicə olunan liposomal şiş toxumalarından istifadə edərək hazırlayıblar.

Bu toxumalar kimyaterapiya ilə müalicə edilməmiş bir şişdən əldə edilib, çünki kimyaterapiya şiş hüceyrə membranlarının immunogen xüsusiyyətlərini dəyişdirir.

Tədqiqat müəlliflərinin fikrincə, şiş membranında xüsusi antigenlər var, onların əsasında xərçəngə qarşı immuniteti aktivləşdirmək üçün fərdi agent yaratmaq mümkündür.

Laboratoriya siçanları üzərində aparılan sınaqlar zamanı peyvənd immun hüceyrələrinin fəaliyyətini stimullaşdırıb ki, bu da şiş inkişafının residivlərinin və şişlərin çıxarılmasından sonra metastazların yaranmasının qarşısını almağa kömək edib.

Tədqiqat müəlliflərinin fikrincə, nəticələr bərk şişlərin müalicəsində nanovaksinlərin potensialından xəbər verir.


Abunəlik