Avropa sərt qışa razılaşacaq, yoxsa Ukraynanın şərtlərinə? – Rusiya qazı əldən çıxır
Rusiya qazının Ukrayna ərazisindən tranziti müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar 2025-ci il yanvarın 1-də səhər saatlarında dayandırılacaq.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı bildirib.
Xatırladaq ki, Ukraynanın “Nevtoqaz”ı ilə Rusiyanın “Qazprom”u arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb.
Qeyd edək ki, Rusiya qazı Avropa ölkələrinə Ukrayna ərazisi ilə çatdırılır.
“Qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də həmin müqaviləyə xitam verildiyi üçün tranzit fiziki olaraq bağlanacaq”, – Şmiqal bildirib.