Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb.
Ərzaq yardımı ehtiyacı olan 300 suriyalı ailə üçün nəzərdə tutulub.
Qida paketlərinə dörd nəfərlik ailənin bir aylıq ehtiyacını ödəyəcək miqdarda noxud, bulqur, günəbaxan yağı kimi qida məhsulları, həmçinin şirniyyat və şokolad daxildir.
Göndərilən bağlamalar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalılara ünvanladığı məktub da yer alıb. Məktubda Türkiyənin Suriyanın yenidənqurulması və bərpasında bu ölkəyə dəstək olunacağı əksini tapıb.
Ayırılan humanitar yardımın son partiyası dekabrın 31-dək Suriyaya göndəriləcək.