Ermənistan RAZILIQ VERDİ – Bu baş verərsə, Azərbaycanla sərhədə…

Baxılıb:29
Ermənistan RAZILIQ VERDİ – Bu baş verərsə, Azərbaycanla sərhədə…

Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır.

Bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib .

“Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə erləşdirilməməsi haqqında əsasnamə genişləndirilsin və bu məntiqlidir. Çünki bu ərazilərdə eskalasiya riski delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır, ən azı minimuma endirilir”, – Paşinyan bildirib.

Martın 20-də Ermənistan parlamenti ölkə ilə Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Yerevan və Aİ arasında müvafiq saziş 2023-cü ilin noyabrında imzalanıb.

Bundan əvvəl Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib və ölkəyə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb.


Abunəlik