Rusiyanın raket potensialı: Türkiyə belə dəyərləndirdi

Baxılıb:64
Rusiyanın raket potensialı: Türkiyə belə dəyərləndirdi

Türkiyəli politoloq Mehmet Çağatay Gülər ​​Rusiya silahlı qüvvələrinin raket potensialını qiymətləndirərək, nüvə başlıqlarından istifadə etmədən belə, “Ukraynaya böyük ziyan vura biləcəyini” deyib.

Türkiyəli ekspert vurğulayıb ki, Rusiyanın ciddi ziyan vurmaq üçün kifayət qədər qeyri-nüvə ballistik raketləri var. Ona görə də, onun fikrincə, Rusiyanın indi “Ukraynaya nüvə raketləri ilə hücum etməsi məntiqli görünmür”.

Gülər ​​həmçinin nüvə doktrinasının yenilənməsi fonunda Rusiya Federasiyası ilə NATO ölkələri arasında münaqişə riskini də istisna etmir.

Yada salaq ki, sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin sensasion bəyanatla çıxış edərək nüvə doktrinasına bir sıra dəqiqləşdirmələr daxil etməyi təklif etmişdi. Noyabrın 19-da prezident sərəncam imzalayıb və həmin gündən qüvvəyə minib.


Abunəlik