Danışıqlar başlayır, Rusiya-Ukrayna müharibəsi bitir: Matvienkodan sensasion açıqlama

Baxılıb:45
Danışıqlar başlayır, Rusiya-Ukrayna müharibəsi bitir: Matvienkodan sensasion açıqlama

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ukraynadakı münaqişənin həlli üzrə danışıqların nəhayət gələn il başlaya biləcəyini istisna etmir.

Siyasətçi bu fərziyyəni “Arqumentı i faktı”ya müsahibəsində bildirib.

Matvienkonun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı görüşlər və danışıqlar 2025-ci ildə başlaya bilər. Eyni zamanda, Federasiya Şurasının spikeri bir neçə dəfə belə bir proqnozun sırf onun “şəxsi fikri” olduğunu vurğulayıb.

“İnanıram ki, 2025-ci ildə bu cür danışıqlara və görüşlərə başlamaq üçün real cəhdin olacağı ehtimalı bu cür cəhdlərin edilməyəcəyi ehtimalından qat-qat yüksəkdir”, – Matvienko qeyd edib.

O, “Oreşnik” raket sisteminin sınağı və Rusiya lideri Vladimir Putinin çıxışının konkret “Qərbdəki ünvanlar” üçün siqnal olduğunu vurğulayıb.

“Bu mesaj çatdı və danışıqlar prosesinin başlanmasının daha çox asılı olduğu “konkret insanlar tərəfindən artıq deşifrə edilib”, – Matvienko bildirib.


Abunəlik