Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ
Rusiya hərbçiləri Donetskin Jeltoye, Pustinka və Razdolnoye qəsəbələrini ələ keçiriblər.
Bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.
“Düşmən Jeltoye, Pustinka və Razdolnoyeni tutdu, həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəlilədi”, – məlumatda deyilir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir:
“Ruslar əsas hücum qüvvələrini həmin əraziyə cəmləşdirirlər. Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər”.