Rusiya nüvə sınaqlarını bərpa edə bilər: ABŞ-a SƏRT XƏBƏRDARLIQ
ABŞ-ın siyasi kursunun kəskinləşməsi fonunda nüvə sınaqlarının bərpası məsələsi daim nəzərdən keçirilir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində bildirib.
“Heç nəyi proqnozlaşdırmadan, sadəcə olaraq deyim ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Bu məsələ bütün komponentləri və bütün aspektləri üzrə daim nəzərdən keçirilir”, – deyə Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Qeyd edək ki, Rusiya rəhbərliyi xəbərdarlıq edib ki, ABŞ-da bu cür hadisələr baş verərsə, Moskva güzgü versiyası ilə cavab verməli olacaq.