AĞDAMIN DƏYƏRLİ OĞLU, GÖZƏL XANƏNDƏ RAMİZ BƏŞİROV VƏFAT ETDİ

Baxılıb:52


Ağdam royonunun Boyəhmədli kəndindən olan məhşur xanəndə Bəşirov Ramiz Allahverdi oğlu haqqın rəhmətinə qovuşub. O, öz səsilə hər zaman Qarabağ camaatını valeh edib. Ağdamlılar tərəfindən hər zaman sevilən, öz səsi ilə, insanlığı ilə seçilən Ramiz müəllimin ölümü çox böyük itki oldu. O, 30ildən çox idiki Mingəçevir şəhərində yaşayırdı. Hər zaman vətən həsrətini yanıqlı məlahətli səsi ilə ifadə edirdi. Ramiz müəllim toyların, şənliklərin bəzəyi, fəxri idi. Ramiz Bəşirov Xoçalı müsiqi məktəbinin direktoru idi. Sənin məlahətli səsin heç zaman qulaqlardan getməyəcək. Buraxıb getdiyin yüzlərcə tələbələrin səni yaşadacaq.Məkanın cənnət olsun dəyərli sənətkar.


Abunəlik